Şıx dövlət
Şəhram Qolkar
Uşaq çağlarim idı. Həsi-hüsü bilmirdim. Yumurtadan çıxmış cücələr kimi, dükanlara girirdim, dövlətdən dad edirdilər! taksilərə minirdim, dövlətdən dad edirdilər! aralıqda bekarlar da, dövlətdən dad edirdilər! dilənçilər də, dövləti qınayırdı!
-Dövlət niyə laqeyddi?!- deyirdilər.
Kimi işsizlikdən, kimi aclıqdan, kimi dilsiz, kimi dinsizlikdən şikayət edirdi.
O vaxt hərdən bir, yaz-yay fəslində, evdə cullab curlayıb, xiyabanda satırdım, Evə kömək olurdu.
Cullab rəngini bir gün hər dükandan soruşdum,- yox,-dedilər, tapılmadı.
-harda olar?- soruşdum!
-"şıx dövlət" ədviyə satır, onda olar.- Dedilər.
Ürəkdən bir ah çəkib- nə gözəl təsadüf!- dedim. Cullab rəngini alacağam bir yana, ən önəmlisi, dövləti də görə bilmək imkanım olacaq. Adresi soruşub, dükanı tapdım.
Balaca daxmanın çölündə durub, baxdım dövlətə; başında yün papaq, çəlimsiz qoca, pırpızaqlı qaşlarının altından, zəhimli gözləri ilə, doruxdu mənə! çəlimsiz qoca, qaranlıq daxmada, qoltuqlu bir skamiyada oturmuşdu.
Qalxmağa hövsələsi olmayan dövlət, soruşdu-nədi?!
Dedim:- rəng var?
Gözlərini bərəldib elə üstümə cumdu, tüdabana-deyib, arxama baxmadan evimizə qədər qaçdım…
Onun niyə belə etdiyini anlamıramkı, anlamıram…! Hər nə isə keçdim cullabın da, rəngin də xeyrindən! öz ürəyimdə-dedim.
-allah dövləti də kəssin, şıxlısın da şıxsızın da…
