Japon kartonları kimin
Gözü iri.
Ay tək aydın
Ay tək arı.
Üzün ağlığın timsalı
Ağardan keremdən bəyaz.
Ağlığın üstələr qarı!
Ağlıq hər şey deyildir ki,
Çoxluğu korluq yaradır
amma səndə Çox dəyil
ki
Kor edəsi.
Nəinki kor;
Səndə hətta bir inənin ucu qədər
inciyəsi,
ağrıyası,
çəkinəsi bir şey yoxdur.
Sən saf, duru
Sən röyamın ruhu,dürü
Yatmaq mümkün deyil səni düşünmədən
Sən səmimi pinokyomsan.
“Hamı
kimin hamı deyəni deməyən”
-Bu çox önəmlidir,çox-
Xusüsilə mənim üçün.
Üç-dörd çubuq.
Beş-altı mıx
Pinokyosan.
Bu dünyanin nəyi var kı
Bir səni çıx
Pinokyosan.
əzələn yox,gücün yoxdur
Sırtılmayan qucun yoxdur
3 Batman yağ,piyin yoxdur
ətin yoxdur,otun yoxdur
Adi bir insana lazim
Heç bir nəsnə səndə yoxdur
Pinokyosan.
Davranışın ilahəsi-
insan kimi, adam kimi
Dolanışıq bayanduru-
Dəbərişin xilasəsi-
insan kimi, adam kimi
Pinokyosan.
Səsin-sehirli sis kimin-
Aldı bütün civarımı.
iri gözün arıtladı
Tanışımı, kənarımı.
Sən heç yalan-palan bilməz
Burunu yox pinokyomsan.
Xəfif incitim anlamaz
Qarını yox pinokyomsan.
Pinokyomsan naz çiçayim
Pinokyo.
